Logo
    main-post-cover

    Gələn ildən başlayaraq Huawei smartfonları yalnız Kirin prosessoru ilə təchiz olunacaqlar

    Cihazlar+
    23.10.2023
    Emil
         MyDrivers saytının verdiyi məlumata əsasən Huawei şirkəti çoxlu sayda yeni məhsulun təqdimatı səbəbilə öz anbarlarındakı mövcud məhsulların ehtiyatlarını aradan qaldırmaq prosesindədir. Məlumatda qeyd edilib ki, şirkətin yeni məhsulları cari ilin sonu və gələn ilin əvvəli üçün nəzərdə tutulub. MyDrivers saytı daha bir vacib məlumatı çatdırıb. Belə ki, 2024-cü ilin əvvəlindən başlayaraq Huawei smartfonları Kirin prosessorları ilə təchiz olunacaqlar.
         Bu halda Huawei ilə Qualcomm arasındakı əməkdaşlıq sona çatacaq. Huawei artıq sübut etdi ki, Çin bazarında uğurlu məhsulu reallaşdırmaq üçün Snapdragon prosessoruna ehtiyac yoxdur. Belə ki, şirkətin yeni smartfonları Kirin 9000s prosessoru vasitəsilə çalışırlar. Huawei şirkətinin hansı yeni Kirin prosessorlarınə hazırladığı hələ dəqiq bilinmir. Lakin əgər şirkət Kirin 9000s-in kütləvi istehsalını yoluna qoya bilibsə, o, sözügedən prosessor vasitəsilə çalışacaq yeni cihazları rahatlıqla istehsal edə biləcək.
    Paylaş