
Gələn ilin əvvəli üçün gözlənilən adi Samsung Galaxy S25-in ölçüsü bir qədəq böyük ola bilər
Cihazlar+
18.03.2024
Emil
Samsung şirkəti Galaxy S seriyasının hər il yeni modellərini təqdim edən zaman seriyada kompakt ölçüyə sahib adi Galaxy S modeli olur. Lakin yeni məlumatlara əsasən yaxın gələcəkdə Galaxy S seriyasında kompakt ölçülü adi model artıq tarixə çevriləcək. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən gələn ilin əvvəlində təqdim olunacağı gözlənilən adi Galaxy S25 modelinin ekran ölçüsü böyüyəcək. Məlumatda qeyd edilib ki, adi Galaxy S25-in ekranı 6.2 düym əvəzinə 6.36 düym təşkil edəcək. Bunun həqiqətən də belə olub-olmayacağı yalnız gələn ilin əvvəlində bilinəcək.
Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
