
Gələn ilin əvvəli üçün iki ədəd POCO F7 smartfonu planlaşdırılır
Cihazlar+
24.10.2024
Emil
Redmi brendi gələn ay Redmi K80 smartfon seriyasını təqdim etməlidir. Son məlumat sızıntılarına əsasən adi Redmi K80 modeli qlobal bazarda POCO F7 Pro adı altında satışa çıxacaq və gələn ilin əvvəlində təqdim olunacaq. Ortaya çıxmış yeni məlumata əsasən POCO brendi bu smartfon üzərində aktiv çalışmağa davam edir. Məlumatda qeyd edilib ki, smartfon böyük ehtimal ilə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. POCO brendi POCO F7 Pro ilə yanaşı daha iki modeli təqdim edəcək. Məlumata əsasən onlardan biri POCO F7 Ultra olacaq və o, Redmi K80 Pro-nun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası qismində çıxış edəcək. Üçüncü POCO F7 barəsində isə hələ heç bir məlumat yoxdur.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
