Logo
    main-post-cover

    Gələn ilki iPhone 15 smartfonu iPhone 5c-nin dizayn özəlliyini əldə edə bilər

    Cihazlar+
    22.11.2022
    Emil
        Gələn il təqdim ediləcək iPhone 15 barəsində yeni maraqlı məlumatlar verilib. Beləliklə verilmiş məlumatlara əsasən növbəti nəsil iPhone modeli bu smartfon seriyası üçün ənənəvi olmayan gövdə növünə sahib olacaq. Məlumata əsasən iPhone 15-in gövdəsi həm forma həm də hazırlanma materialı baxımından fərqli olacaq. Belə ki, iPhone 15-in gövdəsi artıq trend halını almış yastı kənar hissələrdən məhrum olacaq və o, iPhone 5c-də olduğu kimi yuvarlaq kənar hissələrə sahib arxa qapaq ilə təchiz olunacaq.
        Bununla belə smartfonun gövdəsi titan materialdan hazırlanacaq. MacBook, iPad iPhone modellərini titan materialdan hazırlanmış gövdə ilə təchiz etmək ideyası Apple şirkətində 2017-ci ildən var. Şirkətin bəzi patent sənədləri də buna işarə edirlər. Paslanmaz poladdan fərqli olaraq titan material cızıqlara və zədələnmələrə daha dözümlüdür. Nəticədə iPhone 15-in iPhone 5c dizaynının özəlliyini və titan materialdan hazırlanmış gövdəni əldə edib-etməyəcəyini zaman göstərəcək. iPhone 15 smartfon seriyasının təqdimatı gələn ilin payız fəsli üçün gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər