
Gələn ilki iPhone 16 modellərindən biri barəsində məlumat verilib
iPhone 15 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı gözlənildiyi bir vaxtda Digital Chat Station ləqəbli məşhur insayder gələn il təqdim ediləcək iPhone 16 seriyasının iPhone 16 Ultra modeli barəsində məlumat verib. Görünür, Apple gələn il iPhone 16 Pro Max-ı iPhone 16 Ultra ilə əvəz edəcək və ya iPhone 16 Ultra gələn ilki seriyanın əlavə modeli qismində çıxış edəcək. Beləliklə insayderin verdiyi məlumata əsasən iPhone 16 Ultra-nın əsas kamera sensorunun ölçüsü 1/1.14 düym olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 14 Pro Max-da əsas kamera sensoru ölçüsü 1/1.28 düym təşkil edir. Gözləntilərə əsasən iPhone 15 Pro Max-ın əsas kamera sensorunun ölçüsü də 1/1.28 düym olacaq. iPhone 16 Ultra-da əsas kamera obyektivinin neçə MP təşkil edəcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər