Logo
    main-post-cover

    Gələn ilki iPhone 17 Pro Max-ın kamera imkanları açıqlanıb

    Cihazlar+
    11.07.2024
    Emil
         iPhone 16 smartfon seriyasının hələ təqdim olunmadığına baxmayaraq artıq indidən iPhone 17 seriyası barəsində məlumatlar verilir. Məşhur analitik Ming-Chi Kuo bu dəfə gələn il təqdim ediləcək iPhone 17 Pro Max barəsində təfərrüatları bölüşüb. Analitikin təqdim etmiş olduğu məlumatlar iPhone 17 Pro Max-ın kameralarını əhatə edirlər. Beləliklə analitikin sözlərinə əsasən gələn il təqdim olunacaq iPhone 17 Pro Max smartfonu üçlü arxa kameranı əldə edəcək və onlardan hər biri 48 MP-lik olacaq.
          Bundan əlavə olaraq analitikin fikrincə kameralardan biri Tetraprism optikasına sahib təkmilləşdirilmiş kamera olacaq və o, optik zoom vasitəsilə çəkilmiş fotolarda yüksək keyfiyyəti təmin edəcək. Analitik bildirib ki, iPhone 17 Pro Max-da nəzərə çarpacaq əsas dəyişiklik zoom obyektivli 1/2.6 düym ölçülü 48 MP-lik kamera olacaq. Bununla belə bu il təqdim ediləcək iPhone 16 Pro modellərinin zoom obyektivli 1/3.1 düym ölçülü 12 MP-lik kamera ilə təchiz olunacaqları gözlənilir. Ming-Chi Kuo bildirib ki, iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin hər ikisində Tetraprism optikasından istifadə ediləcək. Bunun sayəsində iPhone 16 Pro modelləri 5 qat optik və 25 qat rəqəmsal zoom imkanlarına sahib olacaqlar.
    Paylaş