
Gələn ilki Xiaomi 15 Ultra smartfonu 200 MP-lik kameranı əldə edə bilər
Cihazlar+
07.08.2024
Emil
Gələn il təqdim olunacağı gözlənilən Xiaomi 15 Ultra smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Ice Universe ləqəbli məşhur insayder sözügedən smartfon barəsində maraqlı bir məlumatı təqdim edib. Onun sözlərinə əsasən gələn il təqdim ediləcək Xiaomi 15 Ultra smartfonu 200 MP-lik kameraya sahib olacaq. Bununla belə məlumatda qeyd edilib ki, söhbət, çox güman ki, əsas arxa kameradan deyil, periskop telekameradan gedir.
İnsayderin sözlərinə əsasən Xiaomi bu yeni smartfonda 200 MP-lik kamera sayəsində iPhone 16 Pro Max və Galaxy S25 Ultra smartfonları ilə rəqabət aparmaq istəyir. Bundan əlavə olaraq məlumata əsasən Xiaomi 15 Ultra-nın 200 MP-lik kamerası 4 qat optik zoom özəlliyinə sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ilin əvvəlində təqdim edilmiş Xiaomi 14 Ultra smartfonu hər biri 50 MP olmaqla 4 ədəd arxa kameraya sahibdir və onlardan yalnız biri periskop telekameradır.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
