Logo
    main-post-cover

    Geniş formatlı LG UltraWide 49U950A-W monitoru təqdim edilib

    Cihazlar+
    20.08.2025
    Emil
         LG şirkəti UltraWide 49U950A-W adlı yeni geniş formatlı monitorunu təqdim edib. Bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 5120x1440 piksel keyfiyyətli 49 düym ölçülü Nano IPS DQHD ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro, NVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.4, USB 3.2 Gen1USB-C girişlərini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. LG UltraWide 49U950A-W-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş