
Geniş formatlı ViewSonic VX3418C-2K gaming monitoru təqdim edilib - QİYMƏTİ
ViewSonic şirkəti geniş formatlı yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru ViewSonic VX3418C-2K adlanır. Beləliklə sözügedən yeni gaming monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 104%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərini, 5 vatt gücündə olan səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. ViewSonic VX3418C-2K artıq satışa çıxıb və onun qiyməti 289 avro təşkil edir.

Paylaş