Logo
    main-post-cover

    Gigabyte AORUS FO32U gaming monitoru təqdim edilib

    Cihazlar+
    22.07.2024
         Gigabyte şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Gigabyte AORUS FO32U adlanır. Beləliklə bu yeni gaming monitor 165 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 32 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran üstəlik DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə 5 vatt gücündə səsgücləndiriciləri, HDMI 2.1, DisplayPort 1.4, USB-C, USB-A girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş audiogirişi birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 18 vatt çıxış gücünə sahibdir. Gigabyte AORUS FO32U-nun nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Gigabyte AORUS FO32U gaming monitoru təqdim edilib | Technote