Logo
    main-post-cover

    GIGABYTE G27UP gaming monitoru təqdim edilib

    Cihazlar+
    23.10.2025
    Emil
         GIGABYTE şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru GIGABYTE G27UP adlanır. Bu yeni monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində monitorun ekranı 160 Hz-lik təsvir yenilənməsi ilə 3840x2160 piksel görüntü keyfiyyətini, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsi ilə 1920x1080 piksel görüntü keyfiyyətini təmin edir. Monitorun özü 27 düym ölçülü Super Speed IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 129%-ni, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə NVIDIA G-SyncAMD FreeSync texnologiyalarının dəstəklərini özündə birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB 2.0 Type-A, USB-Type C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. GIGABYTE G27UP-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş