
Gigabyte GS27QCA gaming monitoru təqdim edilib
Cihazlar+
09.10.2024
Emil
Gigabyte şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Gigabyte GS27QCA adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isən 1 millisaniyə təşkil edir. Ekran üstəlik 16.7 milyon rəngi əks etdirə bilir və sRGB rəng diapazonunun 122%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 və DisplayPort 1.4 girişlərini birləşdirir. Gigabyte GS27QCA-nın nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
