Gigabyte M27UA gaming monitoru təqdim edilib
Cihazlar+
08.07.2024
Emil
Gigabyte şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Gigabyte M27UA adlanır. Beləliklə bu yeni monitor 160 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 128%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Üstəlik ekran AMD FreeSync Premium texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-C girişlərini və 3 vatt gücündə səsgücləndiriciləri birləşdirir. Monitorun USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 18 vatt çıxış gücünə sahibdir. Gigabyte M27UA-nın nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Gigabyte G34WQCP gaming monitoru təqdim edilib
Gigabyte şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Gigabyte G34WQCP adlanır.
Elm & Texnologiya
Gigabyte Aorus CO49DQ gaming monitoru təqdim edilib - QİYMƏTİ
Gigabyte şirkəti əyilmiş dizaynda hazırlanmış Aorus CO49DQ adlı yeni gaming monitorunu təqdim edib.
Ən çox oxunanlar