Logo
    main-post-cover

    GIGABYTE MO27Q28G gaming monitoru təqdim edilib

    Cihazlar+
    01.10.2025
    Emil
         GIGABYTE şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru GIGABYTE MO27Q28G adlanır. Beləliklə bu yeni monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü WOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1500 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99.5%-ni əhatə edir. Monitor özündə NVIDIA G-SYNC texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB-C girişlərini və 5 vatt gücündə səsgücləndiriciləri əldə edib. GIGABYTE MO27Q28G-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş