
GIGABYTE MO27Q2A gaming monitoru təqdim olunub
Cihazlar+
19.06.2025
Emil
GIGABYTE şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru GIGABYTE MO27Q2A adlanır. Bu monitor ilk növbədə tələbkar istifadəçilərə və kiberidmanla məşğul olan şəxslərə istiqamətlənib. Beləliklə sözügedən yeni gaming monitoru 280 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 250 nit, maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə NVIDIA G-SYNC və AMD FreeSync Premium Pro texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB-C, USB-A, USB-B girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 5 vatt gücündə iki ədəd səsgücləndiricini əldə edib. GIGABYTE MO27Q2A-nın nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb
