
Gigabyte MO32U gaming monitoru təqdim edilib
Cihazlar+
20.11.2024
Emil
Gigabyte şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Gigabyte MO32U adlanır. Beləliklə bu yeni monitor 165 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 31.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə 5 vatt gücündə iki ədəd səsgücləndiricini, HDMI 2.1, DisplayPort 1.4, USB-C və USB 3.2 girişlərini birləşdirir. Gigabyte MO32U-nun nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
