Logo
    main-post-cover

    GIGABYTE MO32U2 gaming monitoru təqdim edilib

    Cihazlar+
    13.10.2025
    Emil
         GIGABYTE şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru GIGABYTE MO32U2 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 31.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium NVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB 3.2, USB-C girişlərini və naqilli qulaqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Bundan əlavə monitor 2 ədəd səsgücləndiriciyə də sahibdir. GIGABYTE MO32U2-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş