Logo
    main-post-cover

    Google ağıllı eynəklərə qayıdır

    Cihazlar+
    20.05.2026
    Sevinj
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google I/O 2026 tədbirində şirkət yeni ağıllı eynək layihəsini elan edib. Şirkət bu dəfə eynək istehsalçıları Warby ParkerGentle Monster ilə əməkdaşlığa başlayaraq süni intellekt dəstəkli yeni “audio glasses” seriyasını təqdim edib. Yeni qurğular həm Android, həm də iOS cihazları ilə işləyəcək və onların hazırlanmasında Samsung da iştirak edib. Google-un təqdim etdiyi bu eynəklər “audio glasses” adlandırılır. Bunun əsas səbəbi isə cihazların səsli əmrlərlə idarə olunmasıdır. İstifadəçilər Gemini ekosistemi vasitəsilə eynəklə danışaraq müxtəlif əmrlər verə biləcəklər.
        Tədbirdə nümayiş etdirilən demoda istifadəçi sadəcə eynəyə danışaraq qəhvə sifarişi verib. Eynək smartfonla sinxron işləyərək verilən tapşırığı avtomatik yerinə yetirib. Bu yanaşma Meta-nın son illərdə populyarlaşan ağıllı eynək strategiyasına bənzəyir. Qeyd edək ki, Google əvvəllər də ağıllı eynək bazarına daxil olmuşdu. Şirkətin illər əvvəl təqdim etdiyi Google Glass layihəsi geniş diqqət çəksə də, kommersiya baxımından uğurlu olmamışdı. Hətta həmin dövrdə “glassholes” termini belə yaranmışdı.
        Bazar isə artıq əvvəlki kimi deyil. Son illər xüsusilə Meta və bir sıra texnologiya şirkətləri süni intellekt dəstəkli ağıllı eynəklərə ciddi investisiya yatırırlar. Google-un Gemini inteqrasiyalı yeni audio eynəkləri də bu rəqabəti daha da gücləndirə bilər. Şirkət bildirib ki, yeni eynəklər bu ilin sonuna doğru satışa çıxarılacaq.
    Paylaş