Logo
    main-post-cover

    Google Assistant sentyabrın 4-dən etibarən Android cihazlardan silinəcək

    Cihazlar+
    05.08.2026
    Sevinj
        Google uzun illər Android telefonlarının əsas səsli köməkçisi olan Google Assistant xidmətini mərhələli şəkildə dayandıracağını açıqlayıb. Şirkətin istifadəçilərə göndərdiyi e-poçta əsasən, 4 sentyabr tarixindən etibarən Android telefon və planşetlərdə Google Assistant-a giriş tədricən bağlanacaq. Bu prosesin bütün istifadəçilər üçün tamamlanması isə bir neçə həftə çəkə bilər.
    10 Tips to Get the Most Out of Google Assistant | PCMag
        Dəyişiklikdən sonra istifadəçilər artıq Google Assistant-dan istifadə edə və ya ona geri keçid edə bilməyəcəklər. Əgər istifadəçinin yaşadığı ölkədə Gemini əlçatandırsa və cihaz minimum texniki tələblərə cavab verirsə, Android-də yeganə rəqəmsal köməkçi kimi Gemini təqdim olunacaq. Bu qərar yalnız telefon və planşetlərlə məhdudlaşmır. Wear OS ağıllı saatları, Android telefonuna qoşulan qulaqlıqlar və Android Auto işlədən avtomobillər də Google Assistant dəstəyini itirəcək. Bununla belə, Google built-in platformasına sahib avtomobillər hələlik Google Assistant-dan istifadə etməyə davam edəcəklər.
    Paylaş