Reklam
Google büdcəli Pixel 4a-nı təqdim edib - QİYMƏTİ

Google büdcəli Pixel 4a-nı təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
04.08.2020 PAYLAŞIM

    Google şirkəti özünün büdcəli Pixel 4a smartfon modelini təqdim edib. Büdcəli smartfon olmasına baxmayaraq o, Pixel 4 modelinin təkmilləşdirilmiş kamera özəlliklərini əldə edib. Beləliklə Pixel 4a smartfonu Full HD+ keyfiyyətli 5.81 düym OLED ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 730G prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 12.2 MP-lik (f/1.7 diafraqma) bir ədəd arxa kamera, 8 MP-lik (f/2.0 diafraqma) ön kamera, 18 vatt gücündə sürətli şarj texnologiyalı 3140 mAh enerji tutumlu batareya ilə təchiz olunub.


    Əvvəldə də qeyd olunduğu kimi Pixel 4a modeli adi Pixel 4-ün təkmilləşdirilmiş arxa kamerasını əldə edib. Smartfonun arxa kamerası optik stabilizasya sisteminə sahibdir və 77 dərəcə bucaq təsvirini təmin edir. Google şirkətinin verdiyi məlumata əsasən Pixel 4a saniyədə 30 kadr sürətlə 4K keyfiyyətində videolar çəkə bilir. Bununla yanaşı smartfonun kameraları Live HDR+, Super Res Zoom Night Sight rejimlərini dəstəkləyir. Smartfonda həmçinin NFC modul ilə barmaq izi skanı texnologiyası mövcuddur. Barmaq izi skanı texnologiyası arxa paneldə yerləşdirilib.

    Pixel 4a-nı artıq rəsmi Google Store online mağazasında almaq olar. Onun qiyməti 349$ təşkil edir. Bundan əlavə olaraq təqdimat çərçivəsində şirkət Pixel 4a 5G Pixel 5 5G smartfonlarını anons edib. Qeyd etmək lazımdır ki, bu smartfonlar təqdim olunmayıblar. Sadəcə olaraq Google rəsmi şəkildə onların üzərində çalışdığını bildirib. Şirkət qeyd edb ki, Pixel 4a 5G və Pixel 5 5G modelləri payız fəslində təqdim olunacaqlar və ABŞ-da, Kanadada, Britaniyada, İrlandiyada, Fransada, Almaniyada, Yaponiyada, Tayvanda, Avstraliyada satılacaqlar. Həmçinin şirkət Pixel 4a 5G modelinin hansı qiymətə satılacağını da açıqlayıb. Beləliklə payız fəslində təqdim olunacaq Pixel 4a 5G-nin qiyməri 499$ təşkil edəcək. Pixel 5 5G-nin isə hansı qiymətə satılacağı bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×