Logo
    main-post-cover

    Google Chromebook dövrünü bitirir

    Cihazlar+
    13.05.2026
    Sevinj
        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Google yeni “Googlebook” adlı noutbuk platformasını təqdim edib. Şirkət bununla illərdir istifadə etdiyi ChromeOS strategiyasından uzaqlaşaraq, Android əsaslı və süni intellekt inteqrasiyalı yeni bir ekosistem qurmağa başlayır. Məlumata görə artıq ChromeOS ayrıca inkişaf etdirilməyəcək və onun yerini Gemini süni intellekti ilə inteqrasiya olunmuş yeni sistem alacaq.
        Yeni Googlebook cihazları Android 17 bazasında hazırlanan və daxildə “Aluminium OS” adlandırılan sistem üzərində işləyəcək. Bu sistem klassik Android-dən fərqli olaraq masaüstü kompüter interfeysinə uyğunlaşdırılıb. Şirkət bildirir ki, artıq Android tətbiqləri əlavə uyğunluq qatları olmadan birbaşa nativ şəkildə işləyəcək.
    Google's Android-powered laptops are called Googlebooks, and they're coming  this year - Ars Technica
        Google-un əsas vurğuladığı yeniliklərdən biri “Magic Pointer” funksiyasıdır. Bu texnologiya ilə kursor süni intellekt agentinə çevrilir. İstifadəçi kursoru hansısa mətn, şəkil və ya tarix üzərinə gətirdikdə Gemini avtomatik olaraq uyğun əməliyyatlar təklif edir. Məsələn e-poçtdakı tarix üzərinə gəldikdə görüş yaratmaq, mətnləri xülasə etmək və ya şəkilləri birləşdirmək kimi funksiyalar aktiv olur.
        Digər diqqətçəkən yenilik isə “Create your Widget” funksiyasıdır. İstifadəçi sadəcə mətn formasında hansı widget-i istədiyini yazır və Gemini həmin widget-i avtomatik yaradır. Bu widget-lər Gmail, Calendar və digər Google servisindən məlumat çəkərək fərdiləşdirilmiş panel formalaşdıra bilir. Googlebook ilə Android telefon və noutbuk arasında inteqrasiya da daha dərin olacaq. “Cast my Apps” funksiyası vasitəsilə telefondakı tətbiqlər əlavə yükləmə olmadan birbaşa noutbuk ekranında açıla biləcək. “Quick Access” isə telefondakı fayllara kompüterdən birbaşa çıxış imkanı yaradacaq.
        Şirkət yeni platformanı artıq büdcə seqmenti üçün deyil, premium kateqoriya üçün hazırlayır. Googlebook modelləri Acer, ASUS, Dell, HP və Lenovo tərəfindən istehsal ediləcək və bu ilin payızında satışa çıxacaq.
     
    Paylaş