main-post-cover

    Google daha bir Pixel 4a modeli üzərində çalışır: Əsas fərq nə olacaq?

    Cihazlar+
    21.07.2020
    Farid Pardashunas
        Google şirkəti büdcəli Pixel 4a smartfon modelini hələ təqdim etməyib. Lakin yeni məlumat sızıntısına əsasən şirkət artıq onun 5G versiyası üzərində çalışır. Bu barədə XDA-Developers saytı xəbər verib. ABŞ-ın Boom!Mobile adlı mobil operatorunun saytında 5G dəstəkli smartfonların siyahısı qeyd olunub. Həmin siyahıda Google G025E kod nömrəsinə sahib smartfon da var. Məlumata əsasən bu, Pixel 4a modelinin 5G versiyasıdır.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Pixel 4 smartfonu G025J, G025N G025M kod nömrələrinə sahibdir. Təəssüflər olsun ki, Pixel 4a-nın 5G versiyasının texniki özəllikləri barəsində məlumat yoxdur. Lakin dəqiq şəkildə demək olar ki, smartfon Snapdragon 765 prosessoru ilə təchiz olunacaq. Məlumata əsasən Pixel 5 modeli də sözügedən prosessora sahib olacaq. Heç istisna deyil ki, şirkət Pixel 4a 5G-ni Pixel 5 ilə birlikdə payız fəslində təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər