Google Fitbit hesabları üçün son tarixi yenə uzatdı
Technote.az "Mashable” platformasına istinadən bildirir ki, Fitbit istifadəçiləri üçün vacib dəyişiklik yaxınlaşır. Google hesabı olmayan Fitbit istifadəçiləri artıq bu hesaba keçid etməyə məcbur qalacaqlar. Əvvəlcə bu keçid üçün son tarix 2 fevral 2026 olaraq müəyyən edilsə də, Google son anda istifadəçilərə əlavə vaxt verib.
Google tərəfindən yayımlanan rəsmi dəstək səhifəsində qeyd olunur ki, Fitbit hesablarının Google hesablarına köçürülməsi üçün son tarix 19 may 2026-ya qədər uzadılıb. Bu tarixdən sonra Fitbit hesabı ilə sistemə giriş mümkün olmayacaq.
Google-un açıqlamasında deyilir: “19 may 2026-dan sonra Fitbit-i yalnız Google hesabı ilə istifadə etmək mümkün olacaq. Xidmətlərdən istifadəni davam etdirmək üçün Fitbit hesabınızı Google hesabına köçürməlisiniz”. Xatırladaq ki, Fitbit 2019-cu ildə Google tərəfindən 2 milyard dollardan çox məbləğə satın alınıb və bu razılaşma 2021-ci ildə tam başa çatıb. Həmin vaxtdan etibarən istifadəçilərin Google hesablarına mərhələli şəkildə keçirilməsi gözlənilirdi. Son tarix əvvəlcə 2025-ci ilə, daha sonra 2026-cı ilin fevralına salınmışdı və indi isə yekun olaraq 2026-cı ilin may ayı müəyyən edilib.
Paylaş