
Google Gemini çat-botuna sahib smart eynək hazırlamaq niyyətindədir
Cihazlar+
22.07.2024
Emil
Verilmiş məlumata əsasən Google şirkəti süni zəka əsaslı Gemini çat-botuna sahib smart eynəyi satışa çıxartmaq istəyir və bu istiqamətdə şirkət məşhur eynək brendi olan Ray-Ban-ın sahibi EssilorLuxottica şirkətinə müraciət edib. Qeyd etmək lazımdır ki, EssilorLuxottica artıq Meta şirkəti ilə bu mövzuda əməkdaşlıq edir və iki şirkətin əməkdaşlığı çərçivəsində Ray-Ban Meta Smart Glasses eynəyi satılır. Üstəlik keçən həftə məlum oldu ki, Meta şirkəti EssilorLuxottica səhmlərinin minoritar hissəsini almaq istəyir.
Çox güman ki, bu, Meta-nın Google və EssilorLuxottica arasında əməkdaşlığın baş tutmasını istəməməsinin göstəricisidir. Google öz smart eynəyi barəsində ətraflı bir məlumat verməyib. Şirkətin smart eynək üçün hansı brendi istifadə etmək istədiyi tam aydın deyil. Belə ki, EssilorLuxottica həmçinin Oakley, LensCrafters və Sunglass Hut kimi eynək brendlərinə də sahibdir. Gözləntilərə əsasən Google şirkətinin Gemini-yə sahib smart eynəyində heç bir ekran olmayacaq. Smart eynəyin əsas funksiyaları arasında mikrofon, səsgücləndirici və kamera olacaq.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
