Logo
    main-post-cover

    Google Gemini-ni Pixel 11-in əsas üstünlüyünə çevirir

    Cihazlar+
    13.08.2026
    Sevinj
        Google “Made by Google 2026” tədbirində yeni Pixel 11 seriyasını təqdim etsə də, tədbirin əsas qəhrəmanı smartfonlardan daha çox Gemini süni intellekti oldu. Şirkət Gemini-ni Pixel cihazlarının demək olar ki, bütün əsas funksiyalarına daha dərindən inteqrasiya etdiyini açıqladı.
    Made by Google 2026: Latest Pixel devices news
        Google-un məlumatına görə, Gemini tətbiqinin aylıq aktiv istifadəçilərinin sayı artıq 1 milyardı ötüb. Onların 100 milyondan çoxu Gemini-dən iOS cihazlarında istifadə edir. Süni intellekt vasitəsilə hər gün 150 milyondan çox şəkil yaradılır. Maraqlı məqamlardan biri də odur ki, istifadəçilərin yarıdan çoxu Gemini ilə yazışmaq əvəzinə səsli şəkildə danışmağa üstünlük verir. Google Gemini-ni şirkətin tarixində ən sürətlə böyüyən məhsul adlandırır.
        Tədbirin aparıcısı Trevor Noah Gemini-nin sürətlə yayılmasını zarafatla texnologiya dünyasının “GLP-1-i” adlandırıb. GLP-1 preparatlarının insanların həyatında müəyyən işləri asanlaşdırmasına işarə edən Noah, Gemini-nin də istifadəçilərin üzərindən gündəlik iş yükünün bir hissəsini götürməyə çalışdığını bildirib.
    Paylaş