
Google iki ədəd qatlana bilən smartfonu təqdim etməyi planlaşdırırmış
Cihazlar+
31.05.2023
Emil
Bu ayın ortasında Google şirkəti öz ilk qatlana bilən smartfonu olan Pixel Fold-u təqdim etdi. Lakin məlum olub ki, şirkət əslində iki ədəd qatlana bilən smartfonu təqdim etməyə hazırlaşırdı. Nəticədə şirkət ikinci qatlana bilən smartfonu ləğv etməli olub. Google bu cür qərarın səbəbini də açıqlayıb. Google təmsilçilərinin verdikləri məlumata əsasən ikinci qatlana bilən smartfon üzərində Pixel Fold-u hazırlanış komanda çalışırdı.
Lakin ikinci qatlana bilən smartfonun testləri zamanı məlum oldu ki, o, bəzi texniki problemlərə sahibdir. Nəticədə şirkət mühəndisləri onun hazırlanmasına son qoymalı oldular. Təəssüflər olsun ki, şirkət rəsmiləri ikinci qatlana bilən smartfonun texniki özəllikləri barəsində məlumat verməyiblər. Heç istisna deyil ki, şirkət yaxın gələcəkdə öz qatlana bilən smartfon seriyasını yeni modellər vasitəsilə genişləndirəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
