main-post-cover

    Google ilin sonuna kimi ilk qatlana bilən smartfonunu təqdim edə bilər

    Cihazlar+
    20.09.2021
    Farid Pardashunas
        Məşhur insayder Evan Blass-ın verdiyi məlumata əsasən Google şirkəti öz ilk qatlana bilən smartfonunu bu ilin sonuna kimi təqdim edə bilər. İnsayderin sözlərinə əsasən Google şirkətinin ilk qatlana bilən smartfon modeli Passport kod adına sahibdir və şirkət 2 ildən çoxdur ki, onun üzərində çalışır. Təəssüflər olsun ki, insayder sözügedən smartfonun dəqiq təqdimat tarixi barəsində məlumat verməyib. Lakin çox güman ki, Google şirkətinin ilk qatlana bilən smartfonu Pixel 6 Pixel 6 Pro modellərinin təqdimatları ilə eyni vaxtda baş tutacaq.
        Qeyd etmək lazımdır ki, Google Pixel 6 smartfon seriyası ya bu ayın sonunda ya da gələn ayın əvvəlində təqdim olunmalıdır. Daha öncə məlumat ortaya çıxmışdı ki, Google qatlana bilən smartfonunun təqdimatını 2022-ci ilə təxirə salıb. Bəzi məlumatlara əsasən bu smartfon bazara Pixel Fold ilə satışa çıxacaq. Dizayn baxımından onun Galaxy Z Fold 3-ə və Huawei Mate 2-yə bənzəyəcəyi gözlənilir. Bundan əlavə olaraq smartfon flaqman texniki göstəricilər ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər