Google öz smartfonlarında fərdi prosessorlardan istifadə edə bilər

Google öz smartfonlarında fərdi prosessorlardan istifadə edə bilər

Mobil Cihazlar
05.05.2021 PAYLAŞIM

    İnternetdə ortaya çıxmış məlumata əsasən Google şirkəti bu ilin payız fəslində fərdi şəkildə yaradılmış prosessora sahib ilk Pixel smartfonunu təqdim edəcək. Bunun sayəsində şirkət hardware software təminatlərının işlərini daha yaxşı optimizasiya edəcək. Bu barədə 9to5google saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Google şirkətinin fərdi prosessoru barəsində ilk məlumatlar hələ keçən ilin aprel ayında ortaya çıxmışdılar. İndi isə ortaya çıxmış yeni məlumatlara əsasən Raven Oriole kod adlarına sahib yeni Pixel smartfonları həqiqətən də Whitechapel GS101 adlı prosessora sahib olacaqlar.

    Burda GS hissəsinin açılışı Google Silicon kimi qeyd olunur. Məlumata əsasən Whitechapel prosessorlarının yaradılma prosesi Samsung Semiconductor şirkəti ilə sıx əməkdaşlıq çərçivəsində reallaşdırılır. Bu məsələdə Google şirkətinin öz platformasını sıfırdan yığdığı və ya Samsung-un texnologiyalarından istifadə etdiyi bilinmir. Bundan əlavə olaraq məlumata əsasən Whitechapel prosessorları Pixel smartfonlarından əlavə olaraq həmçinin Chromebook noutbuklarında da istifadə olunacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 13-ün ən yüksək qiymətə satıldığı ölkələrin reytinqi tərtib olunub..

Nukeni adlı analitik şirkət Apple şirkətinin yeni iPhone 13 smartfonlarının ən yüksək qiymətə satıld..


iPhone 13 ön sifariş rekordu qırmağa başlayıb

14 sentyabr tarixində Apple şirkəti yeni iPhone 13 smartfon seriyasının təqdimatını keçirtdi...


Xiaomi 11T, 11T Pro və 11 Lite 5G NE smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş qlobal təqdimat çərçivəsində şirkət yeni smartfonlarını təqdim edib. Sö..


Son Dəqiqə: Apple iPhone 13 təqdim olundu - QİYMƏTİ

Apple şirkəti təqdimat tədbiri çərçivəsində yeni iPhone 13 smartfonlarını təqdim edib.


Təqdimatdan bir neçə saat öncə iPhone 13-ün real fotosu ortaya çıxıb

Bugün axşam Apple şirkəti növbəti təqdimat tədbirini keçirdəcək. Baş tutacaq tədbirdə şirkət iPhone ..


Məşhur analitik iPhone 13 modellərinin sahib olacaqları daxili yaddaş həcmi barə..

Məşhur analitik Ming-Chi Kuo bildirib ki, bu il Apple şirkəti iPhone 13 modellərini daha yüksək star..

×