Logo
    main-post-cover

    Google öz smartfonlarında ön kameranı ekranın alt hissəsinə yerləşdirməyi planlaşdırır

    Cihazlar+
    11.08.2023
        Avropanın patent agentliyində Google şirkətinin yeni patent sorğusu ortaya çıxıb. Ortaya çıxmış patent sorğusunda smartfon ekranının alt hissəsinə inteqrasiya edilmiş ön kameranın çalışma prinsipi əks olunub. Patentdə olan mətndə heç bir çıxıntı hissə olmadan işıq keçirən sahəyə sahib matrisa vasitəsilə çəkiliş etməyi bacaran kamera sensorundan danışılır. Burdan belə qənaətə gəlmək olar ki, Google öz smartfonlarında ön kameranın ekranın alt hissəsinə inteqrasiya edilməsini nəzərdən keçirir. Lakin bu cür Google smartfonunun nə zaman satışa çıxacağı bilinmir. Lakin bunun bu il olmayacağı dəqiqdir. Belə ki, Google Pixel 8 smartfonlarında ön kamera ekran üzərindəki dairəvi formalı çıxıntı daxilində yerləşəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google öz smartfonlarında ön kameranı ekranın alt hissəsinə yerləşdirməyi planlaşdırır | Technote