Logo
    main-post-cover

    Google Pixel 10 Pro-nun ilk render fotoları təqdim edilib

    Cihazlar+
    12.03.2025
    Emil
         Google bu il ərzində Pixel 10 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Pixel 10, Pixel 10 ProPixel 10 Pro XL modelləri daxil olacaqlar. OnLeaks ləqəbli məşhur insayder dünən adi Pixel 10 modelinin render fotolarını təqdim etdi. İndi isə o, Pixel 10 Pro modelinin render fotolarını təqdim edib. Fotolara əsasən Pixel 10 Pro smartfonu özündə Pixel 9 Pro-nun dizaynını qoruyub saxlayacaq.
         İnsayderin sözlərinə əsasən bu həmçinin smartfonun ölçülərini də əhatə edir. Belə ki, Pixel 9 Pro kimi Pixel 10 Pro-nun uzunluğu 152.8 mm, eni 72 mm, gövdə qalınlığı isə 8.6 mm təşkil edəcək. Bu isə o deməkdir ki, Pixel 10 Pro-nun ekran ölçülü 6.3 düym təşkil edəcək. Fotolardan da görmək olar ki, bu yeni smartfon özündə üçlü arxa kameranı birləşdirəcək və kameralar oval formalı kamera sahəsinin daxilində yerləşəcəklər. Son məlumat sızıntılarına inansaq, Pixel 10 Pro smartfonu Tensor G5 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş
    Bənzər xəbərlər
    google-uzun-fasileden-sonra-yeni-smart-eyneyini-hazirlamaga-yaxindir
    Cihazlar+

    Google uzun fasilədən sonra yeni smart eynəyini hazırlamağa yaxındır

    Google Kanadalı startap AdHawk Microsystems-i almaq üzrədir. Bu şirkət göz hərəkətlərinin izlənməsi texnologiyaları üzərində işləyir. Bloomberg-in məlumatına görə, bu alış Google-un Android XR platformasının inkişafını sürətləndirməsinə və bəlkə də öz ağıllı eynəyini istehsal etməyə başlamasına imkan verəcək.
    google-pixel-10-un-ilk-render-fotolari-teqdim-edilib
    Cihazlar+

    Google Pixel 10-un ilk render fotoları təqdim edilib

    Google şirkəti bu ilin ikinci yarısında Pixel 10 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də adi Pixel 10 olacaq. İndi isə OnLeaks ləqəbli məşhur insayder Pixel 10 smartfonunun ilk render fotolarını təqdim edib.
    abs-hokumeti-google-sirketini-chrome-brauzerini-satmaga-mecbur-edecek
    Tech-Biznes

    ABŞ hökuməti Google şirkətini Chrome brauzerini satmağa məcbur edəcək

    ABŞ Ədliyyə Nazirliyi təsdiqləyib ki, Google öz biznesini bölməli olacaq və xüsusilə Chrome brauzerini satmağa məcbur ediləcək. Məlumata əsasən bu tələb yeni məhkəmə sənədində öz əksini tapıb.
    google-pixel-9a-nin-reklam-fotolari-teqdim-edilib
    Cihazlar+

    Google Pixel 9a-nın reklam fotoları təqdim edilib

    Evan Blass adlı məşhur insayder Google şirkətinin təqdimata hazırlaşan orta büdcəli Pixel 9a smartfonunun reklam fotolarını təqdim edib.
    youtube-onlayn-kazino-reklamlari-ile-mubarizeye-baslayir
    Sosial Media

    YouTube onlayn kazino reklamları ilə mübarizəyə başlayır

    Google YouTube-da onlayn kazinolar və digər rəqəmsal qumar oyunları ilə bağlı məzmun siyasətini sərtləşdirdiyini elan edib.