main-post-cover

    Google Pixel 10 smartfon seriyası barəsində ilk məlumatlar ortaya çıxıb

    Cihazlar+
    17.09.2024
    Emil Nəcəfov
         Google şirkəti avqust ayının əvvəlində Pixel 9 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya 4 model daxil oldu. Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold. İndi isə şirkət Pixel 10 smartfon seriyası üzərində çalışır. Bu smartfon seriyası barəsində ilk məlumatlar artıq ortaya çıxıb. Çox güman ki, hazırlanan yeni smartfon seriyasına da 4 model daxil olacaq. Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XLPixel 10 Pro Fold. Hazırlanan bu yeni smartfonların kod adları internetdə ortaya çıxıb.
         Beləliklə məlumata əsasən Pixel 10 modeli Frankel kod adına, Pixel 10 Pro modeli Blazer kod adına, Pixel 10 Pro XL modeli Mustang kod adına, Pixel 10 Pro Fold modeli isə Rango kod adına sahibdir. Bundan əlavə olaraq məlumatlarda Pixel 9a-nın kod adı da qeyd edilib. Pixel 9a üçün tegu kod adı seçilib. Qeyd etmək lazımdır ki, Pixel 10 smartfon seriyasından gözləntilər çox yüksəkdir. Belə ki, bu seriyanın smartfonları 3 nanometrlik Tensor G5 prosessoru vasitəsilə çalışmalıdırlar. Pixel 9a smartfonunun gələn ilin may ayında, Pixel 10 smartfon seriyasının isə gələn ilin yay fəslində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android planşetlər üçün yeni tətbiq pəncərələri funksiyası test edilir
    android-plansetler-ucun-yeni-tetbiq-pencereleri-funksiyasi-test-edilir
    YouTube-un smart televizorlar üçün olan versiyasında yeni növ reklam elanları sərgilənir
    youtube-un-smart-televizorlar-ucun-olan-versiyasinda-yeni-nov-reklam-elanlari-sergilenir
    Gmail aktiv olmayan hesabları silməyə başlayıb!
    gmail-aktiv-olmayan-hesablari-temizlemeye-baslayib
    Google, Avropa Birliyinin 2.42 milyard avroluq cəriməsindən yan keçə bilmədi
    google-avropa-birliyinin-242-milyard-avroluq-cerimesinden-yan-kece-bilmedi
    Google Play Market üzərindən eyni anda daha çox tətbiqi yeniləmək və yükləmək mümkün olacaq
    google-play-market-uzerinden-eyni-anda-daha-cox-tetbiqi-yenilemek-ve-yuklemek-mumkun-olacaq