Google Pixel 11 parlaq çəhrayı rəngdə təqdim oluna bilər
Google-un yeni nəsil Pixel 11 smartfonlarını avqust ayında təqdim edəcəyi gözlənilir. Rəsmi təqdimata az qalmış internetdə yayılan yeni sızma isə cihazın texniki xüsusiyyətlərindən çox rəng seçimləri ilə diqqət çəkib. 9to5Google nəşrinin məlumatına görə, Amazon platformasında qısa müddət ərzində Pixel 11-ə aid olduğu iddia edilən üç məhsul səhifəsi aşkarlanıb. Siyahılarda smartfonun diqqətçəkən parlaq çəhrayı və şaftalı çaları rənglərdə təsvir olunduğu bildirilib.
Nəşr qeyd edir ki, məhsul səhifələrində rəng adları başlıq və təsvir hissəsində fərqli göstərilsə də, təsvir bölməsindəki adlar daha əvvəl yayılan Pixel 11 sızmaları ilə üst-üstə düşür. Həmin əvvəlki məlumatlarda da Pixel 11 üçün fuchsia rəng variantının hazırlanacağı iddia olunurdu. Hazırda Amazon-da həmin məhsul səhifələri aktiv deyil və Google tərəfindən bu rəng seçimləri ilə bağlı rəsmi açıqlama verilməyib. Buna görə də sızmanın həqiqiliyi hələ təsdiqlənməyib.
Paylaş
