Logo
    main-post-cover

    Google Pixel 4a-nın dəstəyi dayandırılıb

    Cihazlar+
    20.09.2023
        Google şirkəti bugün özünün Pixel smartfonları üçün sentyabr ayı üzrə təhlükəsizlik yenilənməsini istifadəyə verib. Lakin məsələ burasındadır ki, Pixel 4a smartfonu sözügedən yenilənməni əldə etməyib. Görünür, Google bu smartfonun dəstəyini dayandırmaq qərarına gəlib. Bu isə o deməkdir ki, bundan sonra Pixel 4a smartfonu Android və aylıq təhlükəsizlik yenilənmələrini əldə etməyəcək. Qeyd etmək lazımdır ki, Pixel 4a üçün son təhlükəsizlik yenilənməsi keçən ay təqdim edilmişdi.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google Pixel 4a-nın dəstəyi dayandırılıb | Technote