Google Pixel 6a smartfonu və naqilsiz Pixel Buds Pro qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Google Pixel 6a smartfonu və naqilsiz Pixel Buds Pro qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
12.05.2022 PAYLAŞIM

    Google şirkəti I/O 2022 konfransı çərçivəsində Pixel ailəsinin yeni məhsullarını təqdim edib. Söhbət, Pixel 6a smartfonundan və naqilsiz Pixel Buds Pro qulaqlıqlarından gedir. İlk öncə Pixel 6a-dan başlayaq. Təqdim edilmiş bu orta səviyyəli smartfon keçən ilki Pixel 6 modelləri kimi Google şirkətinin Tensor adlı fərdi prosessorunu əldə edib və onlara xas olan dizaynı özündə birləşdirib. Xarici görünüşcə Pixel 6a modeli adi Pixel 6-nı xatırladır. Belə ki, adi Pixel 6 modeli kimi Pixel 6a da ön paneldən yuxarı mərkəz hissəyə yerləşdirilmiş ön kameralı ekran, arxa paneldən isə üfüqi şəkildə yerləşdirilmiş kameralar sahəsini əldə edib. Bundan əlavə olaraq smartfonun ekranı Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə edilib.


    Pixel 6a modeli 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym OLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP67 standartı üzrə sudan qorunur. Pixel 6a-da stereo səsgücləndiricilər və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipinin dəstəyi reallaşdırılıb. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli 5 nanometrlik Google Tensor prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 12.2 MP (f/1.7 diafraqma, 77 dərəcə bucaq əhatəsi, optik stabilizasiya, 7 qat Super Res Zoom) + 12 MP (f/2.2 diafraqma, 114 dərəcə bucaq əhatəsi) ikili arxa kamera, 8 MP-lik (f/2.0 diafraqma, 84 dərəcə bucaq əhatəsi) ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 4410 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Smartfonun arxa kameraları saniyədə 30/ 60 kadr sürətlə 4K 1080p keyfiyyətində, ön kamerası isə saniyədə 30 kadr sürətlə 1080p keyfiyyətində videolar çəkə bilir. Google Pixel modellərinin kameralarında dəstəklənən vacib funksiyalar ilə rejimlər həmçinin Pixel 6a-da da reallaşdırılıb. Smartfon Android 12 vasitəsilə çalışır. Google məlumat verib ki, Pixel 6a modeli 3 il ərzində əməliyyat sistemi yenilənməsi və 5 il ərzində isə təhlükəsizlik yenilənmələri əldə edəcək. Smartfonun satışlarına iyul ayının sonunda start veriləcək. Satış qiyməti isə 449$ təşkil edəcək.

    Orta səviyyəli Pixel 6a smartfonundan əlavə olaraq şirkət həmçinin Pixel Buds Pro adlı naqilsiz qulaqlıqları təqdim edib.Təqdim edilmiş yeni qulaqlıqların əsas fərqləndirici özəllikləri ondan ibarətdir ki, onlar ətraf səs-küyün aktiv şəkildə boğulması funksiyasını özündə birləşdirirlər. Bundan əlavə olaraq Pixel Buds A qulaqlıqlarından fərqli olaraq Pixel Buds Pro bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa bilir. Kompakt ölçülü Pixel Buds Pro qulaqlıqları dəyişdirilə bilən silikon başlıqlara sahibdirlər. Onların daxilində 11 millimetrlik dinamik drayverlər yerləşdirilib.

    Səslənmə real zaman ərzində avtomatik olaraq səslənmə gücünə uyğunlaşır və nəticədə istifadəçi üçün ən optimal səslənmə keyfiyyəti təqdim edilir. Qeyd etmək lazımdır ki, bu, Google şirkətinin ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib ilk qulaqlıqlarıdır. Bunun üçün şirkət Silent Seal adlı xüsusi texnologiyanı hazırlayıb. Sözügedən texnologiya sayəsində ətraf səs-küyün boğulması funksiyası konkret istifadəçinin qulaq quruluşuna əsasən uyğunlaşaraq istifadəçiyə ən yaxşı effekti təqdim edir. Bundan əlavə olaraq qulaqlıqlarda şəffaf rejim də reallaşdırılıb. Onun vasitəsilə ətrafdakı səslərə qulaq asmaq olar.

    Pixel Buds Pro-da Google Assistant səsli köməkçisinin dəstəyi reallaşdırlıb və istifadəçi səsli əmr vasitəsilə onu işə sala bilər. Bu il qulaqlıqlar üçün təqdim ediləcək yenilənmə sayəsində onlar həmçinin səsin kinematoqrafik tərzdə həcmli səslənməsi özəlliyini əldə edəcəklər. Pixel Buds Pro ətraf səs-küyün aktiv boğulması funksiyasının deaktiv olduğu zaman 11 saat ərzində, bu funksiyanın aktiv olduğu zaman isə 7 saat ərzində çalışa bilir. Şarj keysi ilə birlikdə bu göstəricilər 31 və 24 saat təşkil edirlər. Şarj keysi həmçinin naqilsiz şarj texnologiyasının dəstəyinə sahibdir. Google Pixel Buds qulaqlıqları iyul ayının sonunda 199$ qiymətində satışa çıxacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×