main-post-cover

    Google Pixel 7 və Pixel 7 Pro smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.10.2022
    Farid Pardashunas
        Google şirkəti Pixel smartfon seriyasının 7-ci nəslini təqdim edib. Təqdim edilmiş yeni seriyaya Pixel 7Pixel 7 Pro modelləri daxil olublar. Təqdim edlmiş Pixel 7 ilə Pixel 7 Pro keçən ilki Pixel 6 modellərindən həm xarici görünüşcə həm də texniki özəlliklər baxımından çox az fərqlənirlər. Yeni smartfonların əldə etdikləri funksiyalar mövzusunda da çox diqqət cəlb edən yenilik yoxdur. Beləliklə Google Pixel 7 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.3 düym AMOLED, Pixel 7 Pro modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 3120x1440 piksel keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunub. Hər iki smartfonun ekranı Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı ekranların yuxarı mərkəz hissələrində yerləşdirilib.
        Barmaq izi skanı texnologiyası da birbaşa ekranlara inteqrasiya edilib. Bundan əlavə olaraq Pixel 7 modellərinin gövdələri IP68 standartı üzrə sudan qorunur və özlərində kontaktsız ödənişlər üçün NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirirlər. İndi isə keçək texniki göstəricilərə. Adi Pixel 7 modeli 4 nanometrlik yeni Google Tensor G2 prosessoru, Titan M2 təhlükəsizlik prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.85 diafraqma, 82 dərəcə bucaq əhatəsi, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 125.8 dərəcə bucaq əhatəsi) ikili arxa kamera, 10.8 MP-lik (f/2.2 diafraqma, 92.8 dərəcə bucaq əhatəsi) ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4355 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Pixel 7 Pro modeli də eyni prosessorlar ilə təchiz olunub.
        Digər özəlliklər baxımından Pro model 12 GB RAM, 128/256/512 GB daili yaddaş həcmi, 50 MP (f/1.85 diafraqma, 82 dərəcə bucaq əhatəsi, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 125.8 dərəcə bucaq əhatəsi) + 48 MP (f/3.5 diafraqma, 20.6 dərəcə bucaq əhatəsi, 5 qat optik zoom, 30 qat rəqəmsal zoom, optik stabilizasiya) üçlü arxa kamera, 10.8 MP-lik (f/2.2 diafraqma, 92.8 dərəcə bucaq əhatəsi) ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon Android 12 vasitəsilə çalışır. Smartfonlar yaxın zamanda satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 128 GB yaddaşa sahib Pixel 7 - 599$
    - 256 GB yaddaşa sahib Pixel 7 - 699$
    - 128 GB yaddaşa sahib Pixel 7 Pro - 899$
    - 256 GB yaddaşa sahib Pixel 7 Pro - 999$
    - 512 GB yaddaşa sahib Pixel 7 Pro - 1099$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər