Logo
    main-post-cover

    Google Pixel 7a-nın real fotoları ortaya çıxıb

    Cihazlar+
    13.03.2023
    Emil
        Google Pixel 7a smartfonunun real fotoları və texniki özəllikləri barəsində məlumatları internetdə ortaya çıxıb. Ortaya çıxmış real fotoların keyfiyyətləri aşağı səviyyədə olsalar da artıq məlumdur ki, Pixel 7a modeli xarici görünüşcə Pixel 7-yə bənzəyəcək. Bununla belə Pixel 7a da həmçinin Google şirkətinin Tensor G2 adlı fərdi prosessoru vasitəsilə çalışacaq. Son məlumatlara əsasən Pixel 7a smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 6.1 düym ekran və 64 MP + 12 MP ikili arxa kamera ilə təchiz olunacaq. Pixel 7a-nın 10 may tarixində start götürəcək Google I/O 2023 tədbiri çərçivəsində təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər