Logo
    main-post-cover

    Google Pixel 7a-nın texniki özəllikləri təsdiqlənib

    Cihazlar+
    27.04.2023
    Emil
        İnsayderlər hələ təqdim olunmamış Google Pixel 7a smartfonunun marketinq materialları ilə bağlı fotoları aşkar ediblər. Aşkar edilmiş fotolarda isə smartfonun texniki özəllikləri əks olunub. Həmin fotolar smartfon barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyirlər. Beləliklə fotolara əsasən Google Pixel 7a smartfonu Tensor G2 prosessoru vasitəsilə çalışacaq və özündə Titan M2 adlı təhlükəsizlik çipini birləşdirəcək.
        Bununla yanaşı smartfon sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək və 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.1 düym OLED ekran ilə təchiz olunacaq. Kameralara gəldikdə isə smartfon ikili arxa kameraya sahib olacaq. Əsas kamera isə 64 MP-lik olacaq. Smartfon 8 GB RAM128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Pixel 7a-nın təqdimatı gələn ay keçiriləcək Google I/O 2023 konfransı çərçivəsində baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər