Logo
    main-post-cover

    Google Pixel 7a-nın yeni fotoları təqdim edilib

    Cihazlar+
    26.04.2023
    Emil
        Roland Quandt adlı məşhur insayder Google Pixel 7a smartfonunun yeni keyfiyyətli fotolarını təqdim edib. Təqdim edilmiş yeni fotolarda smartfonun xarici görünüşünü hər tərəfdən qiymətləndirmək olar. Beləliklə fotolardan da görmək olar ki, Pixel 7a smartfonu yastı ekran əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Bununla yanaşı smartfon ikili arxa kameranı əldə edəcək. Ümumilikdə Pixel 7a modeli xarici görünüşcə Pixel 7 ilə Pixel 7 Pro-ya bənzəyir. Texniki özəlliklərə gəldikdə isə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Tensor G2 prosessoru və 50 MP-lik əsas arxa kamera ilə təchiz olunmalıdır. Qeyd etmək lazımdır ki, Pixel 7a gələn ay start götürəcək Google I/O 2023 konfransı çərçivəsində təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər