
Google şirkəti hal hazırda Pixel 7 smartfonunun büdcəli versiyası olacaq Pixel 7a üzərində çalışır. Gözləntilərə əsasən sözügedən smartfon may ayında baş tutacaq Google I/O 2023 tədbiri çərçivəsində təqdim ediləcək. İndi isə Pixel 7a-nın yeni real fotoları ortaya çıxıb. Təqdim edilmiş fotolarda görmək olar ki, smartfonun sistemi bloklanmış vəziyyətdədir. Fotolarda Pixel 7a-nın prototipinin əks olunduğu da istisna edilmir. Bu fotolar smartfonun ikili arxa kamera ilə təchiz olunacağını təsdiqləyirlər. Gözləntilərə əsasən Pixel 7a smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli ekran, Google şirkətinin Tensor G2 adlı fərdi prosessoru və 64 MP-lik əsas arxa kamera obyektivi ilə təchiz olunacaq.
Şərh yoxdur