Logo
    main-post-cover

    Google Pixel 7a-nın yeni render fotoları təqdim edilib

    Cihazlar+
    10.04.2023
        OnLeaks ləqəbli məşhur insayder Google Pixel 7a smartfonunun keyfiyyətlıi render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Pixel 7 ilə Pixel 7a arasında xarici görünüş baxımından heç bir fərq yoxdur. Son məlumat sızıntılarına əsasən Pixel 7a modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.1 düym AMOLED ekran, Google Tensor G2 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP + 12 MP ikili arxa kamera və 10.8 MP-lik ön kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Pixel 7a smartfonu gələn ay keçiriləcək Google I/O 2023 konfransı çərçivəsində təqdim ediləcək. Sözügedən konfrans isə 10 may tarixində start götürəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google Pixel 7a-nın yeni render fotoları təqdim edilib | Technote