main-post-cover

    Google Pixel 7a smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    01.05.2023
    Emil Nəcəfov
        Google Pixel 7a-nın təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır. Bu dəfə smartfon Geekbench testlərindən keçib. Geekbench testləri sayəsində smartfon öz performansını və bəzi texniki özəlliklərini sərgiləyib. Geekbench testlərindən Tensor G2 prosessoruna sahib Pixel 7a-nın 8 GB RAM ilə təchiz olunmuş sahib versiyası keçib. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1286 xal, çox nüvəli testi çərçivəsində isə 2557 xal toplayıb. Qeyd etmək lazımdır ki, Pixel 7a Android 13 vasitəsilə çalışır. Pixel 7a gələn həftə start götürəcək Google I/O 2023 konfransı çərçivəsində təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər