main-post-cover

    Google Pixel 7a smartfonu Pixel a seriyasının son smartfonu ola bilər

    Cihazlar+
    01.05.2023
    Emil Nəcəfov
        Gələn həftə Google I/O 2023 konfransı start götürəcək və həmin konfransda təqdim ediləcək məhsullardan biri də Google Pixel 7a smartfonu olacaq. İnsayderlərin verdikləri yeni məlumata əsasən Google Pixel 7a smartfonu Pixel a seriyasının son smartfonu ola bilər. İnsayderlər bildiriblər ki, Google şirkəti Pixel 7a-nın texniki göstəricilərini yaxşılaşdırıb. Bunun nəticəsində smartfonun satış qiyməti də yüksələcək. Bu üsul ilə şirkət Pixel 7a modelini Pixel 7 səviyyəsində reallaşdırıb.
        Pixel brendinin smartfon seriyasında cihazların bir-biriləri ilə rəqabət aparmamaları səbəbilə şirkət Pixel a seriyasından imtina edə bilər. Bunun olacağı halda Google öz əsas diqqətini adi Pixel modellərinə və bu brend altında istehsal ediləcək qatlana bilən smartfonlara ayıracaq. Pixel 7a-ya gəldikdə isə gözləntilərə əsasən o, 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym OLED ekran, Tensor G2 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 64 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Smartfonun 500-550$ qiymətində satılacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər