main-post-cover

    Google Pixel 7a təqdimata hazırlaşır

    Cihazlar+
    28.02.2023
    Farid Pardashunas
        Heç sirr deyil ki, Google şirkəti hal hazırda Pixel 7a smartfonu üzərində çalışır. Görünür, smartfon yaxın aylar ərzində təqdim olunacaq. Belə ki, sözügedən smartfon ABŞ-ın FCC sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Pixel 7a smartfonu G0DZQ, GHL1X GWKK3 model nömrələri ilə ortaya çıxıb. Çox güman ki, smartfon yaz fəslində təqdim olunacaq. Təqdimat Google şirkətinin may ayında baş tutacaq Google I/O 2023 tədbiri çərçivəsində baş tuta bilər. Təəssüflər olsun ki, FCC-nin məlumatlar bazasında Pixel 7a-nın texniki özəllikləri barəsində heç bir məlumat əks olunmayıb. Lakin əvvəlki məlumat sızıntılarına əsasən smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Google şirkətinin fərdi Tensor G2 prosessoru, əsas obyektivi 50 MP-lik olacaq ikili arxa kamera və 4000-5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər