Google Pixel 8 ilə Pixel 8 Pro barəsində yeni məlumatlar verilib
Google bu ilin payız fəslində Pixel 8 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Pixel 8 və Pixel 8 Pro modelləri daxil olacaqlar. Bir neçə müddət bundan öncə sözügedən smartfonlar barəsində bəzi məlumatlar ortaya çıxmışdı. İndi isə insayderlər yeni məlumatları təqdim ediblər. Beləliklə verilmiş məlumata əsasən Pixel 8 ilə Pixel 8 Pro Wi-Fi 7 dəstəyinə sahib olacaqlar. Bununla yanaşı smartfonlar tamamilə fərqli həcmdə batareyalar ilə təchiz olunacaqlar. Belə ki, Pixel 8 modeli 20 vatt gücündə sürətli şarj texnologiyalı 4485 mAh, Pixel 8 Pro isə 27 vatt gücündə sürətli şarj texnologiyalı 4950 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Hər iki smartfon 12 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...