Logo
    main-post-cover

    Google Pixel 8 ilə Pixel 8 Pro-nun ekran ölçüləri və dizaynı barəsində məlumat verilib

    Cihazlar+
    19.06.2023
    Emil
        Google Pixel 8Pixel 8 Pro smartrfonlarının təqdimatları payız fəslində baş tutacaq. Buna baxmayaraq insayderlər sözügedən smartfonlar barəsində yeni məlumatlar veriblər. Təqdim edilmiş məlumatlar smartfonların ekran ölçülərini və dizaynlarını əhatə edirlər. Məlumatlardan belə qənaətə gəlmək olar ki, Google kompakt ölçülü smartfonlara geri dönmək niyyətindədir. Belə ki, Pixel 8 modelinin ekranı Pixel 7-nin ekranından bir qədər kiçik olacaq. Belə ki, Pixel 8 modeli 6.17 düym ekrana sahib olacaq.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, Pixel 7-nin ekran ölçüsü 6.3 düym təşkil edir. Lakin Pixel 8 Pro-nun ekran ölçüsü Pixel 7 Pro-da olduğu kimi qalacaq. Yəni smartfon ekranı 6.7 düym təşkil edəcək. Məlumatlarda qeyd edilib ki, Google mühəndisləri Pixel 8 smartfonlarının dizaynlarına kiçik dəyişikliklər əlavə ediblər. Belə ki, Pixel 8 smartfonları yastı ekranlar ilə təchiz olunacaqlar. Smartfonların gövdələrinin künc hissələri isə dairəvi formada olacaq.
        Bununla yanaşı insayderlər bildiriblər ki, Pixel 8 modelləri OLED ekranlara sahib olacaqlar. Hal hazırda aktual olan Pixel 7 Pro-da ekran keyfiyyəti 3120x1440 piksel təşkil edir. Pixel 8 Pro-da isə ekran keyfiyyəti bir qədər aşağı olacaq. İnsayderlər bildiriblər ki, Pixel 8 Pro-da ekran keyfiyyəti 2992x1344 piksel təşkil edəcək. Əlavə olaraq məlumatda qeyd edilib ki, Pixel 8 modelinin ekranının təsvir yenilənməsi 120 Hz-ə yüksələcək.
    Paylaş
    Bənzər xəbərlər