Google Pixel 8-in keyfiyyətli render fotoları təqdim edilib

Google Pixel 8-in keyfiyyətli render fotoları təqdim edilib

Mobil Cihazlar
15.03.2023 PAYLAŞIM

    OneLeaks ləqəbli məşhur insayder dünən Google Pixel 8 Pro smartfonunun keyfiyyətli render fotolarını təqdim etmişdi. İndi isə o, Google Pixel 8-in render fotolarını təqdim edib. Məlumatda qeyd edilib ki, hal hazırda aktual olan Pixel 7-dən fərqli olaraq Pixel 8 smartfonu bir qədər kompakt ölçülü model olacaq. O, 5.8 düym ölçülü yastı ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Arxa paneldən isə smartfon ikili kameraya sahib olacaq. Gözləntilərə əsasən Pixel 8 modeli Google şirkətinin Tensor G3 adlı prosessoru vasitəsilə çalışacaq. Bu prosessor isə öz növbəsində Samsung-un Exynos 2300 adlı flaqman prosessoru əsasında hazırlanacaq. Google Pixel 8 seriyasının smartfonlarını may ayında keçiriləcək Google I/O 2023 tədbiri çərçivəsində sərgiləyə bilər. Lakin onların təqdimatları payız fəslində baş tutmalıdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×