Logo
    main-post-cover

    Google Pixel 8-in texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    10.07.2023
    Emil
        Artıq heç sirr deyil ki, Google şirkəti hal hazırda Pixel 8 smartfon seriyası üzərində çalışır. Sözügedən seriyaya Pixel 8 və Pixel 8 Pro modelləri daxil olacaqlar. İndi isə insayderlər adi Pixel 8-in texniki göstəriciləri barəsində yeni məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Pixel 8 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.17 düym OLED ekran ilə təchiz olunacaq. Barmaq izi skanı texnoloigiyası birbaşa ekrana inteqrasiya ediləcək.
        Smartfon Tensor G3 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda Pixel 8 smartfonu 50 MP + 12 MP ikili arxa kameraya və 11 MP-lik ön kameraya sahib olacaq. İnsayderlər bildiriblər ki, Pixel 8 smartfonu 24 vatt gücündə sürətli şarj texnologiyalı 4485 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və üstəlik 12 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Pixel 8 qutudan Android 14 vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Pixel 8 seriyasının təqdimatı oktyabr ayında baş tutmalıdır.
    Paylaş
    Bənzər xəbərlər