Google Pixel 8 Pro-nun 3D modelinin fotosu ortaya çıxıb

Google Pixel 8 Pro-nun 3D modelinin fotosu ortaya çıxıb

Mobil Cihazlar
06.09.2023 PAYLAŞIM

    Google Pixel 8 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə internetdə Pixel 8 Pro smartfonunun 3D modellərini əks etdirən foto ortaya çıxıb. Foto Google şirkətinin rəsmi saytında ortaya çıxıb. Şirkət fotonu tez bir zamanda silsə də, o artıq internetdə yayılıb. Beləliklə ortaya çıxmış fotodan da görmək olar ki, Pixel 8 Pro smartfonu yastı ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək.


    Arxa paneldən smartfon 3 ədəd kamera obyektivini və LED işıqlandırmanı əldə edəcək. Son məlumat sızıntılarına əsasən Google Pixel 8 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym LTPO OLED ekran ilə təchiz olunacaq. Smartfon Tensor G3 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini və 4950 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, Google Pixel 8 smartfon seriyasının təqdimatı 4 oktyabr tarixində baş tutacaq.



DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×