Google Pixel 8 Pro-nun ilk keyfiyyətli real fotoları ortaya çıxıb
İnternetdə Google Pixel 8 Pro-nun ilk keyfiyyətli real fotoları ortaya çıxıb. Fotolar Reddit istifadəçilərindən biri tərəfindən təqdim edilib. Təqdim edilmiş fotolar smartfon barəsində daha öncə ortaya çıxmış məlumat sızıntılarını təsdiqləyirlər. Fotolardan da görmək olar ki, smartfon bir qədər yenilənmiş dizaynı və üçlü arxa kameranı əldə edəcək. Kameralardan biri periskop kamera olacaq. Bununla yanaşı smartfon LED işıqlandırmaya və istifadəçinin temperaturunun ölçülməsi üçün nəzərdə tutulmuş xüsusi sensora sahib olacaq. Fotolar vasitəsilə həmçinin məlum olub ki, Google Pixel 8 Pro 12 GB RAM və minimum 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Bununla yanaşı smartfon Tensor G3 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Google Pixel 8 smartfon seriyası bu ilin payız fəslində təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər