Google Pixel 8 Pro-nun keyfiyyətli fotosu təqdim edilib
Google şirkəti hal hazırda aktiv şəkildə Pixel 8 və Pixel 8 Pro smartfonları üzərində çalışır. İnsayderlər isə Pixel 8 Pro-nun keyfiyyətli fotosunu aşkar ediblər. Aşkar edilmiş foto Google Store saytında ortaya çıxıb. Fotoda Pixel 8 Pro smartfonu Porcelain adlı yeni gövdə rəngində əks olunub. Fotodan da görmək olar ki, arxa panel dizaynı baxımından smartfon Pixel 7 Pro-nun kopyası olacaq.
Son məlumat sızıntılarına əsasən Google Pixel 8 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.7 düym LTPO OLED ekranla təchiz olunacaq. Smartfon Tensor G3 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini və 50 MP + 64 MP + 48 MP üçlü arxa kameranı birləşdirəcək. Google Pixel 8 smartfon seriyasının oktyabr ayında təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər